Bəstəkarın yaradıcılıq gecəsi keçiriləcək

İyulun 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

 

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan dövlət Xor Kapellası və solistlər müşayiət edəcək. Konsertin solisti Əməkdar artist Gülnaz İsmayılova (soprano) bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirəcək.

 

Orkestrlərin bədii rəhbərləri və dirijorları Xalq artistləri Fəxrəddin Kərimov və Gülbacı İmanovadır. /azertag.az/

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018