Aktyorumuz İran filminə dəvət alıb

Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib.

 

Bu barədə Kulis.aza Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.

 

O, qeyd edib ki, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.

 

Qeyd edək ki, filmdə daha bir baş rolu – Aydın obrazını Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanıdığı, 2017-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov ifa edir.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017