Berlində azərbaycanlı və fransız rəssamların sərgisi açılacaq

Sentyabrın 10-da “Berlin-Bakı” qalereyasında “Dəniz sahillərinin sehri: Çəhrayı qranit sahilindən Xəzər dənizinədək” adlı sərgi açılacaq.

 

Sərgidə Əli Şəmsiyevin və Bernard Vidalın əsərləri nümayiş olunacaq. Sərgi oktyabrın 6-dək davam edəcək.

 

Bu il Almaniyanın paytaxtında “Berlin-Bakı” qalereyasının yaradılmasının 10 yaşı tamam olur. Qalereyasının yaradılmasında məqsəd Almaniya və Azərbaycan rəssamlarının, heykəltəraşlarının və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni münasibətlərin daha da genişləndirilməsidir. Lakin incəsənət sərhəd tanımır. Ona görə də bu qalereya müxtəlif ölkələrdən rəssamların, heykəltəraşların, fotoqrafların və performanslar təqdim edən sənətkarların üzünə açıqdır.

 

“Berlin-Bakı” qalereyası Berlin Qalereyaları Assosiasiyasının üzvüdür. Qalereyanın saytına daxil olmaqla http://www.galeriebb.de/EN/ orada keçirilən tədbirlər haqqında ətraflı məlumat əldə etmək olar. /azertag.az/

 

LENT

20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
17 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017