Müasir Azərbaycan nəsri gürcü dilində

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

 

Kulis.azın verdiyi xəbərə görə, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

 

Gürcüstanın "İntellekti" nəştiyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

 

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tiflisdə keçiriləcəyi gözlənilir.

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017