Nobelli yazıçı dünyasını dəyişdi

Nobel laureatlı yazıçı vəfat etdi.

 

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, çinli yazıçı, dissident Liu Xiaobo 61 yaşında dünyasını dəyişib.

 

2009-cu ildən həbsdə olan yazıçı qaraciyər xərçəngindən əziyyət çəkirdi. Ömrünün sonlarında ev dustaqlığına məhkum olan Liunun Almaniyada müalicə olunması lazım imiş. Amerika və Avropa Birliyi yazıçının Almaniyaya göndərilməsinə görə tələb irəli sürsə də, Pekin bu tələbi rədd edib. Yazıçının vəziyyəti bundan sonra daha da kritik hala çatıb.

 

Xatırladaq ki, Lio Xiaobo 2010-cu ildə Nobel mükafatına layiq görülmüşdü.

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018