Almaniyada Maqomayevə həsr edilən konsert olacaq

Sentyabrın 23-də Almaniyanın Düsseldorf şəhərində dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin 75 illiyinə həsr edilən konsert olacaq.

 

Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun saytı xəbər verir ki, konsert Düsseldorf merinin himayəsi ilə keçiriləcək.

 

Konsertdə sənətkarın vaxtilə ifa etdiyi klassik və estrada musiqi janrlarına müraciət olunmaqla yanaşı, dünya bəstəkarlarının əsərləri də səsləndiriləcək. İfaçıların çıxışını “Xəzər virtuozları” estrada ansamblı müşayiət edəcək.

 

 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017