ADO-nun möhtəşəm yubiley tədbiri - FOTOLAR

Bu gün müstəqil ADO teatrının 5 yaşı qeyd olundu.

 

Kulis.az xəbər verir ki, teatrn beş yaşı tamam olması münasibəti ilə keçirilən geniş tədbir proqramında “O Səs Türkiyə 2015”-in qalibi Elnur Hüseynov da çıxış edib.

 

Yarat Müasir İncəsənət Mərkəzində baş tutan tədbirdə ADO-nun stilinə işarə olan yeni “Dağınıq bir Oda” adlı performans nümayiş olunub. ADO-nun qurucusu Elmin Bədəlovun “5 illik ADO yolu” çıxışı baş tutub. Aktoyr çıxışında teatrın 5 illik tarixindın danışaraq bildirib ki, ADO Fransanın Oriak şəhərində küçə teatrları festivalına qatılacaq, eyni zamanda Tbilisidə Beynəlxalq festivalda iştirak edəcək.

 

Ölkəmizi ilk dəfə “Eurovision” yarışmasında təmsil edən, eyni zamanda “O səs Türkiyə”nin qalibi olmuş musiqiçi Elnur Hüseynov tədbirə öz ifaları ilə rəng qatıb. Bundan sonra ADO-nun “Hamam”, “Qadın səsi”, “Haaay Toğrul” və başqa qısa performansları nümayiş olunub. Tamaşaçılar daha sonra “Les Gardiens Du Silince” qrupunun canlı ifasını dinləyiblər. Həmçinin gənc rejissor Leyli Qafarovanın bir ildən artıqdır ki, ADO haqda çəkdiyi sənədli filmin qısa fraqmentləri göstərilib. Eyni zamanda ADO tarixindən bəhs edən fotolar da tamaşaçılara təqdim olunub. DJ Toğrulun çıxışı tamaşaçıları valeh edib, rəssam Samir Salahovun küçə performansı hamının diqqətini cəlb edib.

 

 

Xatırladaq ki, ADO teatrı 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirilərək bir ad altında – “ADO Theatre – Collective” kimi fəaliyyətini genişləndirərək davam etdirir.

 

 

 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017