Həmyerlimiz Tokio Opera Teatrında konsert verəcək

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) sentyabrın 28-dən oktyabrın 3-dək Tokio Şəhər Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

 

Bu barədə məlumat Yusif Eyvazovun saytında yer alıb.

 

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

 

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov isə 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

 

LENT

23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017