Əli Kərimin məzarı köçürüləcəkmi? – RƏSMİ AÇIQLAMA

Əli Kərimin həyat yoldaşı Elza xanım Kulis.aza müsahibə verərək, Göyçay rayon icra hakimiyyətinin başçısının şairin məzarını Göyçaydakı parkdan köçürmək istədiyini söyləyib.  Onun sözlərinə görə, şairin məzarı bu məqsədlə hasara alınıb.  

 

Məsələ ilə bağlı Göyçay rayon İcra hakimiyyətinin birinci müavini İkram Vəliyevlə əlaqə saxladıq. O, Kulis.aza bildirdi ki, Əli Kərimin məzarının köçürülməsi ilə bağlı şairin ailəsindən razılıq alınmışdı: “Sonra fikirlərini dəyişdilər və biz də qərara aldıq ki, məzar olduğu yerdə qalsın. İndi məzarı təmir etdik və qiymətli daşlarla hasara alınaraq qapı qoyduq. Burda heç bir köçürülmədən və məzarın harasa daşınmağından söhbət gedə bilməz. Məsələ öz həllini tapıb”.

 

LENT

17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017