Salvador Dalinin bığları qəbirdə şax qalıbmış - GÜNÜN MÖCÜZƏSİ

Salvador Dalinin bığları əvvəlki forma və görünüşünü saxlayıbmış.

 

Kulis.az xəbər verir ki, dahi rəssam Salvador Dalinin məzarını məhkəmə tibb ekspertizasının mütəxəssisləri belə deyib.

 

“Dalinin bığları rəssamın arzusuna uyğun yüzdə yüz olduğu kimi qalıb. Bu, sadəcə möcüzədir. Onun bədəni mumiya kimidir, sanki taxtaya çevrilib” – deyə ekspertlərdən biri şərh edib.

 

Xəbər verdiyimiz kimi, Dalinin cəsədinin qalıqları onun adına olan teatr-muzeydə rəssamın qızı olduğuna iddia edən 61 yaşlı Pilar Abelin tələbilə ekshumasiya olunub.

 

Rəssamın bədənindən götürülən bioloji material DNK analizi üçün Madridə göndəriləcək. Bununla da Abel və Dalinin arasında qohumluq bağının olub-olmaması ortaya çıxacaq.

 

Dali sürrealizmin əsas fiqurlarından hesab olunur. Rəssamın İspaniyaya miras qalan işləri 325 milyon avro civarında qiymətləndirilir. Dali 1989-cu ildə, 84 yaşında vəfat edib. Rəssamı vəsiyyətinə uğun olaraq üstündən adamların keçib gedə bildiyi bir məzarda dəfn ediblər-onun  tabutu döşəmə plitələrinin altına hörülüb.  

 

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017