Vaqif Mustafayevə mükafat verildi

Kinorejissor Vaqif Mustafayevə  Milli Kino Mükafatı verilib. 

 

Kulis.az-ın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 2 Avqust Milli Kino Günü ilə əlaqədar olaraq, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq artisti, kinorejissor Vaqif Behbud oğlu Mustafayev Milli Kino Mükafatına (2000 manat) layiq görülüb.

 

Qeyd edək ki, “Milli Kino Mükafatı” 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirində təqdim ediləcək.

 

 

LENT

15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018