Qadına azadlıq vermək qorxuludur – SEKSİST DEYİMLƏR

Kulis.az qadınlara, qız uşaqlarına seksist münasibətin gündəmdə olduğunu nəzər alıb qadın haqqında müxtəlif xalqların atalar sözlərini və böyük şəxsiyyətlərin fikirlərini təqdim edir. Təəssüf ki, qadına aşağılayıcı münasibət, cinsi diskriminasiya dünyanın bir çox xalqlarının arxetipində var. Bu cür fikirlər söyləyən dahi insanlar da yox deyildir.     

 

Qadının ən qiymətli zinəti susmaqdır, amma heç bir qadın bu zinətlə bəzənmir.
 

Yunanıstan
 

Bir kişi ölərkən tərpənən son yeri ürəyidir, bir qadın ölərkən, dili...

 

Corc Çapmen

 

İlk həyat yoldaşını sənə Allah, ikincini insanlar, üçüncüsünü şeytan göndərər. 
 

Yaponiya
 

Bir çox kişi uğurunu ilk xanımına borcludur, ikinci xanımını isə uğuruna.

 

Cim Bakus

 

Zəngin dul qadınlar bir gözüylə ağlayarlar, o birisini qırparlar.

 

Servantes

 

Bir qadın eyni zamanda həm sevdalı, həm ana ola bilməz...

 

Andre Morua

 

Qızılı odla, qadını qızılla, kişi qadınla sınayarlar.

 

ABŞ

 

Tezdən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at; qabında varsa götür at!

 

Türkiyə

 

Heç bir mətbəx iki qadını götürəcək qədər zəngin deyil.
 

Sudan

Qadın evin süpürgəsidir.

 
Azərbaycan

Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
 

Çin

Varlı ailədən at, yoxsul ailədən qız al.
 

Eston


Pis arvad əyri qabırğa kimidir – sındırarsan, amma düzəldə bilməzsən.
 

Əfqanıstan

Yalnız quşlar və qadınlar arxalarında nə baş verdiyini dərhal sezirlər.
 

Fransa

Qadına azadlıq vermək qorxuludur.
 

Rusiya

Qadına inanan özünü aldadar, inanmayan qadını.

 

Çin


Qadın kişinin gec-tez düşüb boğulacağı bataqlıqdır.
 

Afrika

Gözəllik – təbiətin qadınlara verdiyi ilk hədiyyə və geri aldığı ilk şeydir.
 

Çili

 

Bir qadın aşağı səslə danışırsa, nəsə istəyir, səsini qaldırırsa, istədiyini əldə edə bilməyib.

 

Anonim

 

Qadının dalınca qaçmağın zərəri yoxdur, zərər onu tutmaqdır.

 

Cek Devis

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017