Basayevin öldürülməsindən film çəkilir

"Mosfilm"də çeçenlərin səhra komandiri Şamil Basayev haqda film çəkilir.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiaynın Federal Təhlükəsizlik Xidmətinin materiallarına əsaslanan filmin çəkilişi avqustun 1-dən başlayacaq.

 

Filmin rejissoru “Qırmızı kapella”, “Tayqa: sağ qalmaq kursu”, “Qorxu əleyhinə dərman” teleseriallarına quruluş verən  Andrey Aravindir.

 

Filmin qəhrəmanları FTX-nin iki zabiti olacaq.  Bu zabitləri aktyorlar  İqor Petrenko və Aleksey Vertkov oynayacaq.

 

Şamil Basayevin prototipini canlandıran terrorçu rolunu isə çeçen aktyoru Əyyub Çingiyevə həvalə ediblər.

 

Filmin işçi adı “Terropristin məhvi”dir.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017