Aktrisa rejissoru zorakı seksdə ittiham etdi

Cənubi koreyalı aktrisa Venesiya festivalının laureatı rejissor Kim Ki Duku çəkiliş meydançasında zorakılıqda ittiham edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ittiham “Mebius” filmi haqdadır.

 

Aktrisa adının açıqlanmasını istəmir. Onun dediyinə görə, rejissor onu vurub, həmçinin onu əvvəldən ssenaridə olmayan zorakı sekslə məşğul olmağa məcbur edib. Məlumata görə, ittihamçı qadın aktyor heyətini tərk edib və onu aktrisa Li In-u əvəz edib.

 

Xatırladaq ki, “Mebius” insest epizodları olan dram filmidir.

 

Hazırda bu işlə Ali Prokurorluq məşğul olur.

 

Kim Ki Duk deyib ki, aktrisanı həqiqətən vurub, lakin şillə müvafiq səhnənin aktyora göstərilməsi zamanı baş verib.

 

Filmin prodüseri isə əvvəldən ssenaridə olmayan seksə məcbur edilmə kimi bir hal olmadığını söyləyib. 

 

Картинки по запросу mebius film kim ki duk

 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017