Pianoçumuz beynəlxalq festivala qatılacaq

Avqustun 10-dan 20-dək Polşanın Jorı şəhərində “Voicingers-2017” festivalı keçiriləcək.

 

“Voicingers-2017”də tanınmış caz pianoçusu Elçin Şirinov da iştirak edəcək. O, festival çərçivəsində avqustun 14-də və 20-də təşkil ediləcək konsert proqramlarında səhnəyə çıxacaq.

 

Azərbaycan xalq musiqisinin zəngin repertuarından istifadə edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur. /azertag.az/

 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017