Xətainin nəvəsinin “Divan”ının surəti əldə edilib

İbrahim Cahinin şeirlər toplusu “Divan”ının surətini AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu “Divan”ının surətini əldə edib.

 

Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

 

Bildirilib ki, İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb.

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017