Vaqif Bayatlıdan xəbər var: “Əməliyyatı gecikir”

 

“Vaqif Bayatlı Odərin ikinci əməliyyatı ləngiyir.” Bunu Kulis.az-a açıqlamasında şairin həyat yoldaşı Tamam Bayatlı söyləyib.

 

O daha sonra bildirib: “Türkiyədə müalicənin davamı kimi ikinci cərrahi əməliyyata getməliyik. İstilərin çox olmasına görə, hələlik səfəri təxirə salmışıq”.

 

Tamam Bayatlının söylədiyinə görə, şairin vəziyyəti yaxşıdır, hərəkətində, qidalanmasında problem yoxdur.

 

Xatırladaq ki, şair Vaqif Bayatlı Odər bundan əvvəl beynindən  əməliyyat keçirmişdi. İkinci əməliyyat şairin ürəyində aparılacaq. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017