Ayşad Məmmədov festivalda mükafat aldı

Əməkdar artist Ayşad Məmmədov beynəlxalq festivalda mükafat alıb.

 

Kulis.az-ın verdiyi xəbərə görə, Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında “İuda” tamaşası ilə iştirak edən aktyor Ayşad Məmmədov tamaşadakı İuda roluna görə mükafat və diplomla təltif olunub.

 

Aktyorun söylədiyinə görə, tamaşa çox bəyənilib və Sofiyaya dəvət alıb.

 

Xatırladaq ki, “İuda” aktyor Ayşad Məmmədovun yazdığı pyesdir. Tamaşanın rejissoru Anar Babalıdır, baş rolun ifaçısı Ayşad Məmmədovdur.  Monotamaşanın qəhrəmanı dini mətnlərdən tanıdığınız İudadır.

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017