Dünya şöhrətli müğənni Bakıda konsert verəcək

Dünya şöhrətli fransız müğənni Patrisiya Kaas Bakıda konsert verəcək.

 

Kulisş.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert oktyabrın 18-də Heydər Əliyev Sarayında olacaq.

 

Patrisiya Kaasın 1988-ci ildə buraxılan “Mademuazel oxuyur” adlı ilk albomu müğənniyə Fransa, Belçika, İsveçrə, Almaniya, Avstriya və digər ölkələrdə böyük şöhrət gətirib.

 

Onun uğur qazanmasının bir səbəbi də daim qastrolda olmasıdır. Xatırladaq ki, Patrisiya Kaas 2014-cü ildə Bakıda da konsert verib.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017