“Yeralaş” Bakıya gəlir

 

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Yeralaş” adlı əyləncəli konsert proqramı təqdim ediləcək. Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə tamaşaçıları “Yeralaş”ın yaradıcısı Boris Qraçevski ilə interaktiv görüş gözləyir.

 

Parlaq şou, şən zarafatlar, xoş sürprizlər, tamaşaçılarla oyunlar, “Yeralaş” kinojurnalının çəkilişləri zamanı baş vermiş hadisələrin xatırlanması, kinojurnalın yeni bölümlərinin nümayişi, həmçinin foyedə cizgi filmlərinin qəhrəmanları ilə pulsuz fotoçəkiliş həm uşaqlar, həm də valideynlər üçün maraqlı olacaq.

 

Biletləri şəhərin bütün kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.

 

 

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017