Aşıq Ələsgər “Yazıçı”nın avqust sayında

 

“Oğuz Eli” qəzetinin “Yazıçı” adlı buraxılışının avqust sayı işıq üzü görüb. Kulis.azın məlumatına görə “Yazıçı” buraxılışının b usayı Aşıq Ələsgərə həsr olunub.

 

Buraxılışda Anar, Qərib Mehdi, Hüseyn Arif, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Kamil Vəli Nərimanoğlu, Nizami Cəfərov, Rafael Hüseynov, Buludxan Xəlilov, Məhərrəm Qasımlı və bir çox digər söz-qələm adamları Aşıq Ələsgər sənətinin bənzərsiz gözəlliyindən, cazibədarlığından bəhs ediblər.

 

Görkəmli rəssamlardan Mikayıl Abdullayev, Sadıq Şərifzadə, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev, Fəxrəddin Əliyev, Nağdəli Xəlilın yaratdıqları Aşıq Ələsgər portreti və şairin şeirləri əsasında çəkilmiş maraqlı ilüstrasilər, sənətşünas Ziyadxan Əliyevin bu rəsmlər barəsində yazdığı məqalə, dərginin məna və məzmununa ayrıca dəyər qatır.

 

Buraxılışın baş redaktoru Azər Abdulladır.

 

 

 

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017