Fəxrəddin Manafov və Mehriban Zəki eyni tamaşada - PREMYERA

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümü sentyabrın 16-da Ejen İoneskonun pyesi əsasında hazırlanmış “Mərasim” absurd tamaşasının premyerası ilə açacaq.

Kulis.az-ın teatrın rəsmi saytına istinadən verdiyi xəbərə görə, sdəhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərovdur. 

Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki, Oleq Əmirbəyov, Mariya Dubovitskaya və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, Ərşad Ələkbərov bundan əvvəl Akademik Milli Dram teatrında "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasına quruluş verib. 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017