“Nazlı” Hindistanda nümayiş olunacaq

 

Bu ilin aprel ayından ekranlara çıxmış “Nazlı” kinokomediyası noyabrda Hindistanda keçiriləcək 48-ci Goa Beynəlxalq Film Festivalının seçim komitəsinə təqdim edilib. Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, filmin festivalın xüsusi nümayiş bölməsində təmsil olunması nəzərdə tutulur.

 

“Cənnətfilm” və “Zaratustra” şirkətlərinin müştərək istehsalı olan “Nazlı” bədii filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitatdır.

 

Nazlı çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşayışa, gecə klublarına üstünlük verir. Onun atası Şamil ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadiq olan ciddi biznesmendir. Qızının ailə qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Onun növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: ya Nazlı ərə gedəcək, ya da Şamil qızını var-dövlətindən məhrum edəcək. Bundan sonra Nazlının macəraları başlayır.

 

Filmdə baş rollarda Rasim Balayev, Fuad Poladov, Xumar Səlimova, Ülvi Həsənli, Mehriban Xanlarova və başqaları çəkiliblər.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017