Rasim Qaracanın şeirinə bəstələnmiş musiqi – “Ay işığında”

 

 

Bəstəkar Calal Abbasov 1992-ci ildə Rasim Qaracanın “Ay işığında” şeirinə musiqi bəstələyib. Kulis.az şeiri və musiqini təqdim edir.

 

Ay üzür buludların arasıyla

Evimizin arxasıyla

 

Yazısızdır göyün varaqları

orada nə il var, nə ay, nə gün

nə də saatlar qovur biri birin

 

Pəncərəmin önündən keçəndə

əlimlə toxunuram aya

hərdən isti olur, hərdən soyuq

hərdən də iti bir bıçaq kimi doğrayır əlimi

 

Lakin axsa da qanım

bir damla da incimirəm,

hər axşam soyunub dərdlərimi

ay işığında çimirəm

 

Ay üzür buludların arasıyla

çinarların arxasıyla

 

Qeyd: Pianoda ifa edir, İlahə Sadıqzadə, oxuyur Fəridə Məmmədova.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017