Aysel, ayaqlarını qucaqlasam – ULUCAY AKİFİN QALMAQALLI ŞEİRİ

 

Kulis.az Ulucay Akifin “Aysel” şeirini təqdim edir.

 

Aysel,

ayaqların...

ayaqların nə yaxşı ki, var.

 

nə yaxşı ki,

tərk edəndə ayaqları ilə

tərk etmir adamlar.

 

Aysel,

birinin

ruhunu qucaqladım.

Ruhunu götürüb getdi.

 

birinin

qəlbini qucaqladım.

Sevgisini götürüb getdi.

 

Aysel,

ayaqlarını

qucaqlasam,

hara gedəcəksən axı?

 

 

LENT

25 İyun 2018
24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018