Konfet kağızından özünə don tikən qadın - FOTO

Bu qadın dörd ilə konfet kağızlarından don hörüb.

 

Kulis.Azın rus mətbuatına istinadən verdiyi məlumata görə, qadın bu donu daha maraqlı görünməyi üçün hazırlayıb.

 

Emilya Seylhamer adlı bu xanım öz Facebook səhifəsində fotonu paylaşıb. Qadın hər gün zibil yeşiyinə tullanan konfet kağızlarından ekzotik bir don yaradıb. İlk dəfə bu möhtəşəm görüntü ilə qarşılaşan qadının əri ona həmin konfetlərdən bir qutu hədiyyə edib.

 

Emilyanın dediklərinə görə, bu işi çox çətinliklə yerinə yetirib, donu tikməkdə ona dostları da kömək göstərib, qarşılarına çıxan konfet kağızlarını xanıma veriblər. 

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017