Məşhur aktyoru miqrant kimi qələmə verdilər

İtaliyada məşhur aktyoru miqrant kimi qələmə veriblər. Kulis.Azın rus mətbuatına istinadən verdiyi məlumata görə, Hollivud aktyoru Samuel Cekson və basketbolçu Mecika Conson İtaliyada istirahətdə olarkən miqrant hesab olunublar.

 

Onların fotosunu model Nini Moriç Facebook hesabında paylaşılıb. Fotoda skamyada oturan iki adam və onların ətrafında isə brend mağazaların sellofanları var.

 

Modelin sözlərinə görə, miqrantlar adətən bu skamyalarda əyləşirlər.

 

Xatırladaq ki, foto ictimaiyyətin qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə müxtəlif səpkili rəylər yazılıb. 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017