Mark Uolberq bu il ən çox qazanan aktyor olub

 

Amerikalı aktyor Mark Uolberq 2017-ci ildə dünyanın ən çox qazanan aktyoru olub. APA-nın “Lent.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə “Forbes” jurnalı xəbər yayıb.

 

Dünyanın ən çox qazanan aktyorlarının tam siyahısı jurnalın avqustun 22-də nəşr olunan sayında dərc olunub.

 

Aktyor Mark Uolberq bu il ərzində 68 milyon dollar gəlir əldə edib. O, bu məbləğin böyük hissəsini rol aldığı filmlərdən qazanıb.

 

Ən çox qonorar alan aktyorların siyahısında ikinci və üçüncü yerləri isə Dueyn Conson və Vin Dizel bölüşüb.

 

Siyahıda digər məşhur aktyorlar Ceki Çan (49 milyon), Tom Kruz (43 milyon) və Şahrux Xanın (35,5 milyon) da adı var.  

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017