XX əsrin ən faciəvi romanı

Vladimir Nabokova böyük şöhrət gətirən “Lolita” romanı 18 avqust 1958-ci ildə ABŞ-da işıq üzü görüb. Roman mütəmadi olaraq XX əsrin ən yaxşı kitabları reytinqinə düşür. “Time” jurnalının “Keçən əsrin ən yaxşı yüz romanı” siyahısında da yer almaqla yanaşı, Modern Library-nin hazırladığı “Bütün dövrlərin ən yaxşı romanı” siyahısında dördüncü pillədə qərarlaşıb.

 

Nabokov “Lolita”nı ingilis dilində, tətilə çıxıb ABŞ-ı gəzdiyi zamanlarda yazıb. Süjetə görə orta yaşı intellektual Humbert Humbert Dolores Heys, yəni Lolita ilə onun anasının evində tanış olur. Humbert evində qaldığı bu qadınla yaşasa da qızına aşiq olur və qadın həlak olandan sonra Lolitanı götürüb avtomobillə Amerikanı səyahətə çıxır.

 

Vladimir Nabokov “Lolita”nın çap olunmasından 27 il əvvəl Berlində yaşayarkən “Lilit” adlı şeir yazmışdı. Şeir gənc qıza olan coşqun istəkdən bəhs edirdi. Qədim yəhudi mifologiyasında Adəmin ilk qadını olan Lilit sonradan qəddar demona çevrilir. Humbert Humbert yeniyetmə qızları “nimfetka” adlandırır və belə hesab edirdi ki, onlarda demonik xüsusiyyətlər var.

 

1. Vladimir Nabokov yazı masasının arxasında. Qalmaqaldan çəkinən müəllif əvvəlcə əsəri anonim çap etmək istəyirdi. Təbii ki, qalmaqal romanın çapına axıra kimi yoldaşlıq elədi, ancaq necə deyirlər pis şöhrət olmur, “Lolita” müəllifinə görünməmiş məşhurluq və gəlir bəxş etdi. Bunun sayəsində Nabokov ABŞ-ı tərk edərək İsveçrəyə köçdü.

 

 

2. “Lolita”nın ilk nəşri. Kitab Parisdəki “Olimpiya Press” nəşriyyatında çap olundu. Nəşriyyat erotik və avanqard nəşrlər sahəsində ixtisaslaşmışdı. Nəşriyyatın çap elədiyi kitablar arasında Uilyam Berrouzun “Çılpaq səhər yeməyi” və başqa əsərlər vardı.

 

 

3. Bir çoxları hesab edirlər ki, Humbertlə Lolitanın məhəbbəti haqqındakı kitabın əsasını 40-cı illərdə Nyu-Cersi ştatında baş vermiş real hadisə təşkil edir: 50 yaşlı intellektual mexanik Frenk Lassal 11 yaşlı Salli Horneri aldadıb qaçırır.

 

 

4. Lassal dəftər oğurluğu üstündə yaxaladığı qıza özünü FTB agenti kimi təqdim edir. Onu şantaj edərək birlikdə qaçmağa məcbur edir. Onlar 21 ay treylerdə ABŞ-ı gəzirlər. Qız oğrudan qaçmamışdan qabaq polisə zəng vurur.

 

 

5. Lassal 1950-ci ildə 30 il müddətinə azadlıqdan məhrum edilir. Avtomobillə səyahət mövzusu və Salli ilə Nabokov romanının qəhrəmanının oxşarlıqları belə düşünməyə əsas verir ki, məhz bu hadisə romanın əsasını təşkil edir.

 

 

6. “Hədiyyə” və “Sehrbaz” povestlərinin üz qabığı. Nabokov yaradıcılığının bir çox araşdırmaçıları bu əsərlərlə “Lolita” romanı arasında analogiya aparırlar. Onlar uzun illər əvvəl itirilmiş məhəbbəti yenidən əldə etmək arzusunun daxil olduğu motivi xüsusilə qeyd edirlər. Humbert Humbert uşaq vaxtı Annabel Li adlı bir qıza vurulur, ilk görüşdən qısa müddət sonra qız yatalaqdan ölür. Bu süjet özü Edqar Allan Ponun “Annabel Li” şeirinə allüziyadır. (Foto: Roman Denisov / Russian Look)

 

 

7. Vladimir Nabokov 1961-ci ildən 1977-ci ilə qədər yaşadığı İsveçrənin Montre şəhərində. Əsəri rus dilinə Nabokov özü çevirmişdi, tərcümə 1967-ci ildə Nyu-Yorkda çap edildi, Rusiyada isə yalnız 1989-cu ildə işıq üzü gördü. (Foto: SNAP / Rex Features / Fotodom.ru)

 

8. Roman iki dəfə ekranlaşdırılıb. İlk “Lolita” filmini Stenli Kubrik 1962-ci ildə çəkib. Ssenarini Nabokov yazda da son nəticədə yazıçının yazdığının çox az bir hissəsi filmdə istifadə olundu. (Foto: News Ltd / Newspix / Rex Features / Fotodom.ru)

 

9. Kubrik iş başında. (Foto: SNAP / Rex Features / Fotodom.ru)

 

10. Amerika aktrisası Syu Layon Lolita rolunda. Çəkilişlər vaxtı onun 14 yaşı vardı. Humbert Humberti britaniyalı Ceyms Meyso oynamışdı. (Foto: SNAP / Rex Features / Fotodom.ru)

 

11. Layonun Lolita roluna namizədliyini Vladimir Nabokov özü vermişdi. (Foto: SNAP / Rex Features / Fotodom.ru)

 

12. “Katolik legion” adlı təşkilat tələb edirdi ki, Humberlə Lolitanın arasında seks nəzərdə tutulan səhnəyə yalnız işarə olsun.

 

13. Edrian Laynın 1997-ci ildə çəkdiyi “Lolita” – ikinci ekranlaşdırma. Lent məhdud tirajla çıxdığı üçün böyük kassa gəliri olmadı. (Foto: DAVE LEWIS / Rex Features / Fotodom.ru)

 

14. “Lolita”nın premyerasından foto: Edrian Layn ailəsi və Lolita rolunu oynayan Dominik Sueynlə birlikdə. Dominik çəkilişlər vaxtı 15 yaşında idi. (Foto: Moviestore Collection / Rex Features / Fotodom.ru)

 

15. Lolita roluna əvvəlcə Natali Portman dəvət edilmişdi. Ancaq o, dini düşüncələrinə görə filmdə oynamaqdan imtina etdi. Portman dini qaydalara əməl edən yəhudidir. Belə də deyirlər ki, Portmanın valideynləri də onun bu roluna qarşı çıxıblar. Fotoda Natali Portman “Leon” filmindədi. (Foto: Theo Kingma / Rex Features / Fotodom.ru)

 

16. Humbert Humbert rolunu Dastin Hofman da oynaya bilərdi, ancaq rol Ceremi Ayronsa qismət oldu, etiraf etmək lazımdır ki, o da rolunun öhdəsindən əla gəldi. (Foto: Moviestore Collection / Rex Features / Fotodom.ru)

 

17. Bir çox tənqidçilər deyirlər ki, hər iki filmdəki Lolitaların heç biri həqiqətən 12 yaşlı qıza oxşamır, yaşlı görünürlər. (Foto: Moviestore Collection / Rex Features / Fotodom.ru)

 

18. Sueynin “Lolita”dakı rolu onun kinoda ən məşhur işi hesab olunur. (Foto: Moviestore Collection / Rex Features / Fotodom.ru)

 

19. Humbertlə Lolita arasındakı intim səhnələri Sueynin dublyoru oynayıb. (Foto: Moviestore Collection / Rex Features / Fotodom.ru)

 

20. Film Ştatlarda birmənalı qarşılanmadı, Avstraliyada isə prokata buraxılmadı, yalnız iki il sonra qadağa aradan qalxdı, ancaq bu dəfə sərt məhdudiyyətlər filmdən yan keçmədi. (Foto: DAVE LEWIS/ / Rex Features / Fotodom.ru)

 

21. İkinci ekran işinin ssenarisi Kubrikin “Lolita”sının ssenarisinə baxanda romanın mətninə daha yaxın idi. Ssenarist Stiven Şiff deyirdi ki, filmin müəllifləri Kubrikin işinin remeykini çəkmək deyil, bu dahiyanə romanı ekranlaşdırmaq istəyirdilər.

 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017