Serialdan ən çox qonorar alanlar məlum olub

Robert De Niro 2017-ci il Amerika televiziyasının  ən çox qonorar alan aktyoru seçilib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, artist Amazon studiyasının hələ ad verilməmiş serialında bir epizoda görə 775 min dollar alıb.

 

İkinci yerdə “Dəniz polisi” serialının aktyoru Mark Xermandır. Bir seriayaya görə, o, 525 min dollar qazanıb.

 

Üçüncü yeri “Taxt oyunları” serialının ulduzları Emiliya Klark, Nikolay Koster Voldau, Piter Dinkleydc, Kit Xarinqton və Lina Xidi, həmçinin Kevin Kostner (“Yellostoun”) və Kevin Speysi (“Karton ev”) bölüşür. Aktyorlarının hər birinin qonorarı bir epizoda görə, beş yüz min dollar olub.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017