“Allah, mənə bir az bəxt ver... yaşayım” – RƏBİQƏNİN ƏN GÖZƏL ŞEİRİ

Kulis.az “Bazar oxusu” layihəsində Rəbiqə Nazimqızının şeirini təqdim edir.

 

Allah, mənə bir az bəxt ver,

bir az da vaxt, yaşayım.

Bir az ömrümdən yaşayım,

Bir az sərvaxt yaşayım.

 

Mənə gecələr yuxu,

Səhərlər gümrahlıq ver.

Mənə bir damcı qorxu,

Bir damcı toxtaqlıq ver.

 

Bir az ümiddən yolla,

Bir az işıq at, bəsdi.

Bir az ağıl ver, seçim

Nə bəsdi, nə əbəsdi.

 

Bir az mərhəmət göndər,

Bir də, bol-bol məhəbbət.

Bircə sənə yazmağa

Bir yerim olsun xəlvət.

 

Bir tikə çörək tapım,

Bir parç su, yaşayaram.

Bir də, qızımı qoru,

Nə versən, daşıyaram.

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017