Azərbaycan əsilli rejissor beynəlxalq mükafat qazandı

Azərbaycan əsilli rejissor Rodion İsmailovun “Plaskart” sənədli filmi Avstriyada keçirilən “DER NEUE HEIMATFILM” (“Vətən haqqında yeni film”) kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyası üzrə qalib adını qazanıb.

 

Avqustun 23-dən 27-dək Avstriyanın Frayştadt şəhərində keçirilən kinofestivalda ənənəvi olaraq bədii və sənədli filmlər nümayiş etdirilib. Bu il ən yaxşı sənədli film kimi rejissor R.İsmailovun “Plaskart” filmi qalib olub.

 

Moskva-Vladivostok qatarında çəkilən film Rusiya vətəndaşlarının çoxmillətliliyini və müxtəlifliyini göstərir.

 

Rejissorun sözlərinə görə bu, ekran əsərinin aldığı ilk böyük mükafatdır.

 

AZƏRTAC

 

 

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017