Şahin Növrəsli Konqres Sarayında çıxış edəcək

Noyabrın 17-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.

 

Konsertin birinci hissəsində cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.

 

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

 

Xatırladaq ki, bu il Şahin Növrəsli Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. /azertag.az/

 

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
14 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018