Filmlərimiz Rumıniyada nümayiş olunacaq

Azərbaycan filmləri Rumıniyada nümayiş olunacaq

 

Kulis.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, tamaşaçılar “Niyyət” və “Qırmızı bağ” filmlərini seyr edəcəklər.

 

Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək.

 

Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək.

 

Dörd gün ərzində paytaxt sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan “Niyyət” və “Qırmızı bağ” filmlərini seyr etmək imkanı əldə edəcəklər.

 

Artıq 3-cü ildir ki, keçiriləcək səfirliklər festivalında Rumıniyada akkreditə olunan 50-dən çox ölkənin səfirliyi iştirak edəcək. Festival çərçivəsində hər bir ölkə öz mədəniyyətini, musiqisini, incəsənətini, turizm imkanları və mətbəxini təbliğ etmək imkanı qazanacaq.

 

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017