Toronto kinofestivalı başladı

Kanadada keçirilən Toronto beynəlxalq kinofestivalı dünən tenissçilərin qarşılaşmasından bəhs edən “Borq/Makinroy” filmi ilə açılıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Torontoda həmçinin Ceyk Cillenxolun “Daha güclü” (Boston teraktı haqda), Xelli Berrinin “Kitablar” (Los-ancelesdə kütləvi hərc-mərclik haqda), Corc Kluninin “Cuburbikon”, Cenifer Lourensin çəkildiyi “Ana!” və Ancelina Colinin “Əvvəlcə atamı öldürdülər” sənədli filmini göstərəcəklər.

 

Rus rejissoru Andrey Zvyaqintsevin “Sevgisizlik” filminin də festivalda nümayişi gözlənilir.

 

Sentyabrın 7-də başlayan festival sentyabrın 17-də başa çatacaq. 

 

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017