Manyak ədəbiyyat müəllimi – HƏYAT HEKAYƏSİ

Andrey Romanoviç Çikatilo 16 oktyabr 1936-cı ildə Ukraynanın Sum vilayətinin Yabloçnoe kəndində anadan olub. Çikatilo anadan olanda ölkə aclıq içərisindəydi. Belə ki, bu aclıq içindəki insanların, insan əti yediyindən belə bəhs edilir, danışılırdı. Andrey Çikatiloya da böyük qardaşı Stepanın qaçırılıb yeyildiyi anladılırdı. Onun ailəsinin sözlərinə görə, oktyabr ayına aid olmayan havada, güclü yağışda doğulan Andrey hidrosefaliya əlamətləri ilə doğulub. 12 yaşına qədər gecələr sidik saxlaya bilməməkdən əziyyət çəkib, ona görə də anası tərəfindən həmişə döyülüb. Atası isə müharibədə əsir düşmüşüdü.

 

Alman əsgərli anasını zorlamışdı...

 

1943-cü ilə onun bacısı dünyaya gəlir. Amma bu qız Andreyin doğma bacısı sayılmırdı. Niyə? Çünki onun atası artıq neçə il idi ki, cəbhədə idi. Çikatiloların yaşadığı kənd isə müharibənin əvvəlindən almanlar tərəfindən işğal olunmuşdu. Andrey öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını görmüşdü və şübhəsiz ki, yeni doğulan bacısı hansısa faşistin belindən gəlmişdi. Anasının vaxtaşırı alman əsgərləri tərəfindən zorlanması balaca Andreyin aqressivləşməsinə və onda insanlara qarşı kin yaranmasına səbəb olmuşdu.

 

Bütün çətinliklərə baxmayaraq məktəb illərində mükəmməl bir şagird olmuş, dərslərini əla qiymətlərlə bitirmişdi.

 

 

İntihara cəhd

 

Qızlarla münasibətləri alınmır, tez-tez depressiyaya qapılırdı. Sosial mühitdə bacarıqsız olduğunu düşünür və özündən nifrət etməyə başlayırdı. Çox utanğac olmağa başlamışdı. 1955-ci ildə, ilk ciddi münasibətinə başlamışdı. Fəqət cinsi əlaqələrində ereksiya pozğunluğu yaşayır və buna görə də münasibəti sona çatmışdı. 3 il məcburi əsgərlik etdikdən sonra kəndə qayıdıb yenidən bir münasibətə başlayır və yenə uğursuzluqla nəticələnir. 1993-cü ildə Çikatilo müsahibəsində bunları demişdi: "Qızlar mənim arxamca iqtidarsız olduğumu danışırdılar. Buna görə çox utanmışdım. Özümü asmağa çalışdım amma anam və qonşular mane olmuşdular."

 

Manyak ədəbiyyat müəllimi

 

Rostov Üniversitetini bitirdikdən sonra, rus dili və ədəbiyyat müəllimi olmuşdu. Çikatilo dərslərdə şagirdlərinə söz keçirə bilmir, onlar tərəfindən lağa qoyulurdu. Heç cürə dərslərində nizam-intizam yarada bilmirdi. Onun qadınlar içində çox utanğac olduğunu fərq edən bacısı ona həyat yoldaşı tapır. Toydan sonra Çikatilo Rostov Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul olur. Həmin il onların oğlu olur, lakin 8 ay sonra ölür. 1965-ci ildə qızı, 1969-cu ildə isə oğlu dünyaya gəlir.

Bir müddət keçəndən sonra ilk cinsi hücumuna 15 yaşındakı bir şagirdi üzərində gərçəkləşdirir. Aylar sonra başqa bir şagirdinə təcavüz edir və şagirdləri tərəfindən şikayət edilir. Belə olan halda məktəbdən ayrılmaq məcburiyyətində qalır. Buradan sonra Rostov mərkəzində bir fabrikada çalışır və iş gərəyi tez-tez səyahət edirdi. Cinayətləri üçün bu vəziyyət işinə çox yarayacaqdı.

 

İlk cinayətini 9 yaşındakı bir qızı öldürərək gərçəkləşdirir. Balaca qızı konfet verəcəyini söyləyərək aldadıb, fahişələrlə görüşmək üçün aldığı evə aparır. Ona təcavüz etməyə çalışır. Ancaq ereksiya ola bilmir. Qız əlindən xilas olub qaçmağa çalışsa da qarnından 3 dəfə bıçaqlanaraq öldürülür. Bu əsnada qatil ereksiya ola bilir...

1981-ci ildə ikinci qurbanının 17 yaşlı Larisa Tkaçenkonu zorlamağa çalışır, bu alınmayanda isə onu öldürür.

Bir ildən sonra Çikatilo 12 yaşlı bir qızı öldürüb. Bundan sonra seriya qətllər törədilib. Belə ki, 1982-ci ilə 9-16 yaşlarında yeddi uşağı qətlə yetirib.

 

Bir-birinin ardınca ölən adamlar, hətta ən təcrübəli milis işçilərini də dəhşətə gətirirdi. Ölənlərin üzərində sadizm əlamətləri var idi: kəsilmiş, iynələnmiş, hər cür ələ salınmış meyitlər, meyitlərin müxtəlif orqanların kəsilməsi, doğranılması…

Çünki milisin ağlına da gəlmirdi ki, bu qətlləri filologiya fakültəsini bitirmiş, mühazirələr deyən müəllim Andrey Çikatilo törədə bilər.

 

 

İnsanların gözünü deşirdi...

 

Cinayət planı çox vaxt dəyişmirdi. Qurbanlarını yaxınlıqdakı meşəyə və ya cəlbedici təkliflərlə başqa bir bölgəyə aparır və onları öldürmək üçün bıçaqlayırdı. O, uşaqları, fahişələri, qaçqınları, evsizləri və avtobus dayancağındakı tələbələri hədəf alan bir plan qurmuşdu. Bəzi qurbanlar çox sayda bıçaq yarasından əlavə olaraq boğularaq döyülür, öldürülürdülər. Qurbanlarının gözlərini deşən Çikatilo, yetkin qadınları içkiylə, fahişələri və ya evsiz qadınları aldadaraq tənha yerlərə aparmağı bacarırdı. O, adətən qurbanları ilə cinsi əlaqəyə girmək istəyirdi, lakin o, ereksiya ala bilməyəndə, qəzəblənir və qurbanını bıçaqlayırdı.

 

Bu qətllər təkcə qatilin günahı deyildi. Yataqxananın uşaqları bilirdi ki, həmin ərazidə manyak dolaşır. Lakin yenə də müəllimlərinin sözlərinə inanıb onun arxasınca gedirdilər. Qatilin yaxşı tilovları var idi. Məsələn, uşaqlara pişik balası göstərəciyini, saqqız verəcəyini və ya cizgi film göstərəcəyini söz verir və beləliklə, öz qurbanlarını asanlıqla tələyə salırdı.

 

O, az müddət bədən tərbiyəsindən dərs deyib. Üzgüçülük dərslərindən birində 14 yaşlı qıza üzməyi öyrədir, lakin dərs vaxtı qıza qarşı təcavüzkar hərəkətlər edir. Zalda başlayan səs-küydən sonra Çikatilo məktəbdən qovulur. Bundan sonra isə peşə məktəbinin yataqxanasında komendant işləməyə başlayır.

 

 

Dəhşətli qətllər

 

Çikatilonun son qurbanlarından biri Şaxta şəhərindən olan 16 yaşlı Vitya Tişenko idi. O, karate ilə məşğul olan gənc idi. Valideynləri Vityanı bilet almaq üçün Şaxta stansiyasının vağzalına göndərir. Kassir qız Vityanın simasını və arxasında fırlanan eynəkli adamı yadında saxlayır. O, biletin böyüklər, uşaqlar yoxsa yeniyetmələr üçün lazım olduğunu soruşanda Andrey "Böyüklər! Böyüklər” – deyə qışqırır. Və Vityanın arxasınca gedir. Hadisədən bir neçə dəqiqə sonra oradakı qızlar bildirir ki, qatarların yanında gəzən bir kişi qızlara və uşaqlara sataşır. Həmin qızlar da onu təsvir edib və Rostov ətrafında gördüklərini bildiriblər.

 

Və budur, doğrudan da bu, Andrey idi. O, qatarda uşaqlar və yeniyetmələrlə oturur və söhbət edirdi. Həqiqətən də manyaka oxşayırdı. Dərhal polis əməkdaşına xəbər verilir, onun sənədlərinin yoxlanılmasına başlanılır. Məlum olur ki, bu valehedici silsilə qətlləri törədən, həmin vaxt ezamiyyətə çıxan Çikatilo imiş.

Axtarış zamanı Çikatilonun evində 32 mətbəx bıçağı aşkar edilsə də, qətlləri bunlarla törətdiyi məlum deyil. Həmçinin izi qurbanlardan birinin cəsədinin yanında tapılmış izlə uyğun gələn ayaqqabı tapılmışdı.

 

Onun həyat yoldaşı açıqlamalarında bildirirdi ki, əri ezamiyyətə gedəndə özü ilə qazan apararmış. Guya şorba bişirirdi. Tədqiqatçılar tapılmış cəsədlərin yaxınlığında tez-tez tonqal izləri tapırdılar. Bir dəfə ona sual verirlər ki, "Sən öz qurbanlarının kəsilmiş orqanlarını bişirib yeyirsən?”. Çikatilo uzun müddət susur və bir müddət sonra özünə də aydın olur ki, o doğrudan da insan əti yeyirmiş. Hələ uşaq vaxtı anası ona danışırdı ki, aclıq vaxtı onun böyük qardaşını yeyiblər. Bu xəbər də onun psixologiyasına ciddi təsir etmişdi.

 

"Anam hamilədir”

 

Çikatilonu danışdırmaq məşhur psixiatrlardan birinə həvalə olunur. O, manyakdan birbaşa soruşur:

"Onları öldürəndə nə hiss edirdin?” - Və Çikatilo danışmağa başlayır.

O məhkəmə zamanı özünü dəli kimi aparır. "Anam hamilədir” – deyə qışqırır. Təbii ki, məhkəmə ekspertizası şizofreniya xəstələrini tanıyırdı. Onun ağlı başında olduğunu bilirdilər. Çikatilo bütün bu rollara sadəcə öldürülməmək üçün girirdi.

Məhkəmə zamanı Çikatilonun əhvalı yaxşı idi. Və birdən-birə bütün qətlləri etiraf etməyə başlayır. Birdən nə etdiyini dərk edir və yenidən dəli kimi qışqırmağa başlayır. Bir müddət sonra şalvarını çıxararaq çılpaq halda zalda dayanır. Hakim onu məhkəmə zalından çıxarır və bundan sonrakı bütün iclaslar Andrey olmadan keçirilir.

 

Qızlardan qorxan Çikatilo

 

O, uşaq vaxtı qızlardan qorxurdu. Eybəcər deyildi, güclü idi. Sadəcə kasıb ailədə doğulduğu üçün və məktəbə həmişə eyni geyimdə getdiyi üçün kompleksləri var idi. Heç bir qızın ona yaxınlaşmayacağından əmin idi. Bir dəfə kimsə onun sinif yoldaşını itələyir. Çikatilo isə həmin uşağı vuraraq metrlərlə kənara uçurur. Bundan sonra sinif uşaqları ona "güclü” ləqəbini verir.

 

O, başqa bir hadisə də danışırdı. Sinif yoldaşlarından birini bəyənirdi, amma ona yaxınlaşmağa qorxurdu. Rədd edilmək onu qorxudurdu. Bir dəfə bütün sinif kinoya gedir, seans başlayır, zal qaranlığa qərq olur və Çikatilo üzünü çevirəndə xoşuna gələn qızın düz onun yanında oturduğunu görür. Lakin o qədər həyəcanlanır ki, heç tərpənmədən yerində oturur, hətta filmin nə haqqında olduğunu belə bilmir. Seansın sonunda isə işıqlar yanmamış güllə kimi zaldan çıxır.

 

 

Son

 

Həmin dövrdə güllələmələr əsasən, Novoçerkasskda – həbsxanada edilirdi. Amma Çikatilonu ora aparmağa qorxurlar. Onu polis bölməsinin zirzəmisində güllələməyə qərar verirlər. Manyak güllələmələrin harada olduğunu bildiyi üçün narahat olmurdu. Çikatilo zirzəmiyə çatır və orada polislərdən biri onun boynunun arxasından güllə vurur. Lakin bunu kimin etdiyi məlum deyil. O, ölümünü gözləyəndə Rostov jurnalistinin onun haqqında yazdığı kitabı oxuyurdu:

 

"Allaha yalvarıram ki, mənim kimi insanlar Yer kürəsində bir daha olmasın!”.

 

O, 1994-cü ilin fevralın 14-də güllələnir.

 

 

Adalet.az

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017