Filmlərimiz Kazanda təqdim olunub

Kazanda XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir.

 

Müsabiqə proqramında Azərbaycan - Teymur Daiminin “Bu sevgidir” filmi “qısametrajlı sənədli film”, Dariuş Nəcəfin “Səs” filmi “qısametrajlı oyun filmi” nominasiyasında təqdim edilib. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub.

 

Bu il seçim komissiyasına 61 ölkədən 782 müraciət daxil olub. Müsabiqə proqramına 27 ölkədən 60 film seçilib. Bu, Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniyadır.

 

Sentyabrın 11-də M.Cəlil adına Opera və Balet Teatrında keçiriləcək bağlanış mərasimində laureatların adları açıqlanacaq. Nominasiyalar üzrə mükafatlarla yanaşı, xüsusi mükafatlar da olacaq.

 

Festivalın münsiflər heyətinə Rusiyanın Xalq Artisti, rejissor Nikolay Dostal sədrlik edir. Münsiflər heyətində Azərbaycandan Ülvi Mehdi təmsil olunur. O, ən yaxşı sənədli filmi (qısa və tammetrajlı) seçəcək.

 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017