Bu heykəllərə baxmağa qorxacaqsınız - FOTOLAR

 Kulis.az dünya ölkələrindən 10 ən qəribə heykəltəraşlıq nümunələrini təqdim edir:

 

1.“Ölümün öpüşü” Barselona. İspaniya.

“Ölüm öpüşü” ötən əsrin 30-cu illərində vəfat edən bir gəncin məzarüstü abidəsidir. Onun müəllifi hələ də mübahisəlidir. Deyilənlərə görə, bu abidə İnqmar Berqmanı “Yeddinci möhür” filmini çəkməyə ilhamlandırıb.

 

 

2. “Mavi mustanq” Denver. ABŞ.

“Mavi mustanq” həqiqətən də dəhşət oyadır. Həm də biləndə ki, o öz müəllifini öldürüb; heykəlin quraşdırılması zamanı atın başı qopub heykəltaraş Luis Ximenesin şah damarını zədələyib.

 

 

3. “Həqiqət”. İlfrakomb. Böyük Britaniya.

Hamilə qadının 20 metrlik heykəlində bir tərəfdən baxanda qəribəlik yoxdur. Amma bu biri tərəfdən biz qadının bətnindəki dölü də görə bilərik.

 

 

 

4. “Vicdan plaşı” Zaltsburq. Avstriya.

Don Juanı öldürən Komandor obrazını rəmzləşdirən heykəl Zaltsburq məbədinin cənub çıxışında qoyulub. Ümumiyyətlə bu heykəlin şəhərdə əkiz tayı çoxdur.

 

Картинки по запросу «Плащ совести»

 

5. “Çevrilmiş at”. Praqa. Çexiya.

Bu heykəlin Müqəddəs Vatslavın Praqanın  mərkəzindəki atlı heykəlinə parodiya olaraq Devid Çerniy tərəfindən hazırlandığı məlumdur. Əvvəllər bu əsər də orijinalın yanında idi, sonralar çevrilmiş atı ticarət mərkəzinin tavanından asdılar.

 

Картинки по запросу «Перевернутый конь»

 

6. Monumental qəbiristanlıq. Milan. İtaliya.

Nə vaxtsa Monumental qəbiristanlıqda qəbirüstü abidəsi olmaq yalnız varlıların lüksü idi, bu günsə qəbiristanlıq açıq hava altında muzeyə bənzəyir.

 

 

 

7. “Asılmış oğlan”. Gent. Belçika.

Bu vahiməli heykəlin müəllifi və motivləri hələ də bəlli deyil. Amma onsuz da bu heykəl qorxulu və sirli görünür.

 

 

8. “Sallanmış adam”. Praqa. Çexiya.

Devid Çerninin daha bir əsəri damdan sallanan Ziqmund Freydi təsvir edir. Əsər o qədər maraq doğurub ki, Londona və Çikaqoya qastrola da gedib. Xarici tursitlərin çoxu səhvən onu Leninə bənzədir.

 

Похожее изображение

 

9. “Müqəddəs Varfolomey” Milan İtaliya.

Uzaqdan baxanda “Müqəddəs Varfolomey"də qəribə heç nə yoxdur, yaxınlaşanda isə, görürsən ki, çılpaq bədənin üstünə salınan ötrtük əslində dəridir. Varfolomeyin öz dərisi.

 

 

10. “Viktoriyanın yolu” Uiklou. İrlandiya.

Parkın salınması ideyası Viktor Lanqxeldə Hindistandan həqiqət axtarışlarından qayıdandan sonra gəlib. Viktorun fikrincə bu qandonduran heykəllər insana öz həyatının mənası haqda düşünməyə vadar etməlidir. 

 

 

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017