“Taleyran”  çap olundu

 

 

Qanun Nəşrlər Evində iki yeni kitab işıq üzü görüb.  Kulis.azın məlumatına görə bu, “Görkəmli İnsanların Həyatı” seriyasından “Taleyran” adlı kitabdır.

 

Tərcümə Müqəddəs Şahbazova  məxsusdur.

 

Şarl-Moris de Taleyran-Periqor XVIII əsrin sonu XIX əsrin birinci yarısının görkəmli Avropa siyasi xadimidir. Onun adı fikir və əqidəsini asanlıqla dəyişən, istənilən siyasi rejimdə işi gətirən dahi və abırsız siyasətçi-konformistin təyini üçün isim oldu. O, monarxiyanı devirmiş inqilabı vaxtında qəbul etdi. Güc toplamış Napoleonun tərəfində də əsl məqamında durdu, amma sonra imperatorun düşmənlərinə qoşuldu.

 

Taleyran İngiltərəylə yaxşı münasibətlərini hətta Napoleonun müharibələri dövründə də qoruyub saxladı; Burbonların hakimiyyətinin bərpası zamanı parlasa da, süqut etmələrinə az qalmış onları da satır.

 

Y.V.Tarle öz məşhur tarixi tədqiqatında Taleyranın obrazına müraciət edərək “Bu insanı nə idarə edirdi?” sualına cavab verir.

 

Yüksək sənət səviyyəsinə çatdırılmış prinsipsizlikmi?

 

Yoxsa siyasi uzaqgörənlik və güclü reallıq hissi?

 

 

 

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017