Banderas Pikassonu oynayacaq

Dünyaca məşhur “Dahi” serialının növbəti hissəsi Pablo Pikassoya həsr olunacaq.

 

“National Geographic”in istehsal etdiyi ekran işində dahi rəssamı Antonio Banderas canlandıracaq.

 

Aktyor bu rol üçün həyəcan keçirdiyini, eyni zamanda seriala çəkilmək üçün tələsdiyini söyləyib və Pikasso ilə eyni şəhərdə - Malaqada doğulduğunu diqqətə çatdırıb.

 

Xatırladaq ki, bundan əvvəl “Dahi” serialı Albert Eynşteynə həsr olunmuşdu.  

 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017