Venesiya festivalı başa çatdı - NƏTİCƏLƏR

74-cü Venesiya kinofestivalının baş mükafatını – “Qızıl şir”i  Meksika rejissoru Gilyermo del Torronun “Suyun forması” filmi qazanıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş şir” Ksavye Leqrana “”Qəyyum” filminə görə təqdim olunub.

 

İsrail kinematoqrafçısı Samuel Maoz isə “Fosktrot” filminə görə, jürinin əsas mükafatını qazanıb.

 

“Ən yaxşı kişi roluna görə” Kamel El Başa (“Təhqir” ), ən yaxşı qadın roluna görə Şarlotta Remplinq (“Hanna”) mükafatlandırılıblar. Çarli Plammerə ən yaxşı gənc aktyor kimi ayrıca Marçello Mastroyanni mükafatı təqdim edilib.

 

Martin Makdonax isə ən yaxşı ssenari nominasiyasında Osella mükafatını qazanıb. Jürinin xüsusi mükafatını isə Uolok Tornton “Əziz ölkə” filminə görə qazanıb.

 

“Ən yaxşı bərpa olunmuş film” kateqoriyasında mükafat sovet rejissoru Elem Klimovun “Get və bax” filminə verilib.

 

Aleksandr Peynin “Qısaca filmi ilə kinofestival sentyabrın 9-da Takeşi Kitanonun filmi ilə başa çatıb. 

 

Xatırladaq ki jüri heyətinə Anett Beninq başçılıq edirdi və əsas müsabiqədə 21 film yarışırdı.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017