Filmimiz Kazanda qalib oldu

Azərbaycanlı rəssam, kinematoqraf Teymur Daiminin filmi Tatarıstanın Kazan şəhərində keçirilən kinofestivalın qaliblərindən olub.

 

Kulis.az-ın verdiyi xəbərə görə, VIII beynəlxalq müsəlman kinosu festivalının sentyabrın 11-də keçirilən bağlanış mərasimində qaliblər mükafatlandırılıb.

 

Teymur Daiminin “Bu sevgidir” filmi “ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib olub.

 

 “Ən yaxşı sənədli film” nominasiyasında Belçikadan olan “Nurluların torpağı” (rej. Piter Yan de PYu) qazanıb.

 

“Ən yaxşı qısametrajılı bədii film”  nominasiyasında Dariuş Nəcəfi Qolun (İran-Azərbaycan) “Səs” filmi mükafatlandırılıb. Rejissor səhnədən müəllimi Oqtay Mirqasıma təşəkkür edib.

 

Ən yaxşı tammetrajlı bədii film ssenarisi olaraq Rusiyadan olan “Amun” filmi seçilib.

 

“Tammetrajlı bədii filmdə ən yaxşı aktrisa” nominasiyasında “Qadın günü” (Misir) filminin heyətindən olan İlham Şahin, Hahed el Seba və Nelli Kərim mükafatlandırılıb.

 

“Ən yaxşı Tammetrajlı film rejissoru” olaraq hindistanlı Manqeş Coşi “Tornaçı Coşi” filminə görə seçilib.

 

Festivalın baş mükafatını isə “Ən yaxşı bədii film” nominasiyasında Mustafa Qaranın “Qəndəhar soyuğu” filmi (Türkiyə-Macarıstan) qazanıb.  

 

Фото Teymur Daimi.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017