Rusiyada filmə qarşı Xaç yürüşü başladı

Rusiyanın Peterburq şəhərində Aleksandr Nevskiy şərəfinə xaç yürüşündə film əleyhinə şüarlar səslənib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rusiyalı kinorejissor Aleksey Uçitelin “Matilda” filminə etiraz edənlər knyaz Aleksandr Nevskinin qəbrinin köçürüldüyü gün xaç yürüşünə II Nikolayın portretləri ilə çıxıblar.

 

Qabaqcadan hazırlanmış fəallar filmin ünvanına tənqidlər, çarı müdafiə edən fikirlər yazıblar.

 

Xatırladaq ki, “Matilda” filmi balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib. Çeçenistan prezidenti Ramzan Kadırov isə Rusiya Mədəniyyət Turizm Nazirliyindən filmin ölkəsində nümayişinə icazə verməməsini xahiş etmişdi. 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017