Ancelina Colinin filmi Oskara təqdim olundu

Ancelina Colinin Oskara nominant olub.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın “Əvvəlcə atamı öldürdülər” filmi Kambocadan “xarici dildə ən yaxşı film” nominasiyasında Oskara namizəd təqdim olunub.

 

Film Kamboca yazıçısı və hüquq müdafiəçisi Lunq Anqa və onun “qırmızı kxmerlər” rejimi haqda xatirələrinə həsr olunub. Aktrisa onunla 2002-ci ildə, Kambocaya ilk humanitar missiyası zamanı  tanış olub.

 

Colinin iki – Komboca və Amerika vətəndaşlığı var. Onun oğlanlarından biri Kamboca əsillidir.

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017