Rostropoviçlərin ev-muzeyində musiqi gecəsi

 

Sentyabrın 21-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi gecəsi keçiriləcək.

 

Muzeydən bildirilib ki, konsertdə Əməkdar Artist Aleksey Miltıx (violonçel) və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (fortepiano) Azərbaycan və rus bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

 

Gecədə Azərbaycan bəstəkarlarının violonçel üçün yazılmış nadir çap və əlyazma notlarından ibarət sərgi, həmçinin muzeyin zəngin fondundan seçilmiş şəkillərdən ibarət slayd-şou nümayiş olunacaq. /AZƏRTAC/

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018