Soljenitsının heykəli qoyulacaq

 

Moskva Şəhər Duması Nobel mükafatı laureatı, Aleksandr Soljenitsının heykəlinin qoyulması ilə bağlı layihəni təsdiq edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə heykəl yazıçının adını daşıyan küçədə ucaldılacaq.

 

Heykəlin hazırlanmasına 15 milyon rubl sərf olunacaq. Vəsait Soljenitsin adına Rus Xeyriyyə Fondu tərəfindən ödəniləcək.

 

Soljenitsinin heykəlinin 2018-ci ilə qədər, yazıçının anadan olmasının 100 illiyi münasibəti ilə ucaldılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Soljenitsın 2008-ci ildə vəfat edib.

 

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017