Bakıda küçə musiqisi festivalı keçiriləcək

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə 23-24 sentyabr tarixlərində saat 19:00-da Dənizkənarı Milli Parkda “Xəzərin sahilində” küçə musiqisi festivalı keçiriləcək.

 

Gənclər Fondundan APA-ya verilən xəbərə görə, Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrupun iştirakı nəzərdə tutulub.

 

Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda  xüsusi nöqtələr ayrılmış və avadanlıqla təchiz olunub. Festivalın keçirildiyi tarixlərdə kiçik səhnələrdə ifaçılar biri-birini əvəz etməklə öz proqramlarını təqdim edəcəklər. Küçə Musiqisi Festivalının ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanın verilməsi olacaq.

 

“Xəzərin sahilində” küçə musiqisi festivalında Azərbaycanın tanınmış ifaçılarının iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulub.

 

Bu festivalın keçirilməsində məqsəd, Bakıda küçə musiqiçilərinə münasibətin daha da yaxşılaşdırılması, gənclərin musiqi ətrafında toplaşaraq xoş vaxt keçirmələrinə nail olmaqdır.

 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017