Yay qalereyasında film festivalı başlayıb

 

Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlayıb.

 

İki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulub. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq.

 

“Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

 

Qeyd edək ki, giriş dəvətnaməylədir.

 

AzərTac

 

 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017