Filmimiz beynəlxalq mükafat aldı

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub.

 

Kinostudiyadan verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

 

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumda nümayiş olunub və müxtəlif mükafatlar qazanıb. /azertag.az/

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017