Azərbaycan dilində çəkilən İran filmi beynəlxalq festivala gedir

İranın tanınmış rejissoru Əsgər Yusifinejadın Azərbaycan dilində çəkdiyi “Ev” filmi Tokioda keçiriləcək Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

 

Tehranda keçirilən “Fəcr” Film Festivalında nümayiş olunaraq mükafata layiq görülən 78 dəqiqəlik “Ev” filmi bir ailənin üzvlərinin mənəvi dünyasının zənginliyindən bəhs edir. Yaşlı və varlı ailə başçısı vəsiyyət edir ki, öləndən sonra onun orqanları çıxarılaraq ehtiyacı olan xəstələrə bağışlanılsın. Lakin onun bu qərarı ailə üzvləri tərəfindən birmənalı qarşılanmır.

 

Rejissor Ə.Yusifinejad bildirib ki, bu, onun Azərbaycan dilində çəkdiyi son film olmayacaq. Onun sözlərinə görə, daha bir ssenari əldə edib və Azərbaycan dilində yeni film çəkməyi düşünür. /azertag.az/

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017